Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Son bir neçə il ərzində biz biznes təşkilatlarının rəqabətli iş mühitindən heyət arasındakı qarşılıqlı əməkdaşlığın uğurun əsasını təşkil edtiyi iş yerlərinə keçid etməsini müşahidə edirik. Bu dəyişikliyin bir hissəsi kimi getdikcə daha çox şirkətlər mütəmadi olaraq komanda quruculuğuna yönəlmiş fəaliyyətlər həyata keçirirlər.
Marketinq səylərinizi təhlil edinKomanda quruculuğuna (timbildinq) yönəlmiş fəaliyyətlər əməkdaşların motivasiyasını artırmağa və bir çox yollarla uğurlu şirkət mədəniyyətini inkişaf etdirməyə kömək edir. Bir qrup əməkdaş komanda quruculuğuna yönəlmiş fəaliyyəti uğurla həyata keçirdikdə bu, bir impuls yaradır və işçilərin özlərinə və komandalarına, qabiliyyətlərinə olan inamını artırır, eləcə də təşkilatın onlara sərmayə qoymağa hazır olduğunu göstərir.
Komanda quruculuğuna yönəlmiş fəaliyyətlər həmçinin xüsusi əməkdaşların gördüyü işləri və alıcının tanınmasına səbəb olan davranışları vurğulayaraq əməkdaşların tanınmasını təmin etmək üçün də istifadə edilə bilər. Komanda quruculuğuna yönəlmiş fəaliyyətə tanınmanı da daxil etməklə, hər bir iştirakçıya şirkətin dəyərləri və bunun təşkilatın uğuru üçün nə demək olduğu haqqında güclü bir mesaj göndərə bilərsiniz.
Komanda quruculuğuna yönəlmiş fəaliyyətlər qarşılıqlı əməkdaşlığın və etimadın inkişafı, motivasiyanın artırılması, güclü tərəflərin təkmilləşdirilməsi və zəif tərəflərin aradan qaldırılması üçün güclü vasitə ola bilər. Lakin bu fəaliyyətin həqiqi məqsədi “ofisdən kənar gözəl bir gün keçirmək” deyil, həqiqi bir təsir göstərmək olmalı və düzgün planlaşdırılmalıdır.
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
Sirr deyil ki, müştəri xidməti ölkəmizdə ən çox şikayət olunan sahələrdəndir.⠀ Ümumiyyətlə, müştəri kimdir? Alıcı, xidmət sifarişçisi, sponsor, işəgötürən və sair.⠀ Müştəri varsa, şikayətlər də var. Şikayətlər varsa, onlarla işləmə bacarığınız olmalıdır.⠀
Elektron ticarət mobil proqramlar və internet kimi elektron vasitələrlə məhsulların alınması və satışı prosesidir. Son illər ərzində e-ticarət populyarlıq baxımından əhəmiyyətli dərəcədə artdı və mağazaları əvəz etməyə başladı. Elektron ticarət müştərilərə coğrafi maneələri dəf etməyə və onlara istənilən vaxt istənilən yerdən məhsul almağa imkan yaradır. Elektron ticarət biznesinizə marketinq imkanlarından məhsul çeşidlərinizin artırılmasına və daha çox satış yaratmağa qədər bir sıra imkanlar təklif edir. Optimallaşdırılmış və yaxşı inkişaf etmiş veb-sayt ilə siz nəinki bu məqsədlərə nail ola bilə, həm də müştərilərinizə gecə-gündüz rahat xidmət təklif edə bilərsiniz.