Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Tədqiqat xidmətlərimiz şirkətlərə böyümə imkanlarını aşkar etməyə, müştəriləri və bütövlükdə sənayeni hərtərəfli anlamağa və yeni strateji qərarlar qəbul etməyə kömək edir. Araşdırma xidmətlərimiz keyfiyyət, kəmiyyət və hibrid araşdırma üsullarını əhatə edir. Biz bazar araşdırması, məhsul araşdırması, brendin tanınması, mövqe seçimi, müştəri məmnuniyyəti, UX/UI üzrə araşdırma xidmətləri üzrə ixtisaslaşdırırıq.
Bazar araşdırması - məhsulunuzun və ya xidmətinizin müştərilər tərəfindən nə qədər tələbatlı və uğurlu olacağını və ya olduğunu müəyyənləşdirmək üçün müştəri profilləri, hədəf auditoriyası, şirkət, rəqiblər, bazar və xarici mühit haqqında aparılan araşdırmadır.
Məhsul araşdırması – marketinq araşdırmaları sırasında ən iri və çoxşaxəli araşdırmalarından biridir. Bu növ araşdırma sahəsində tətbiq olunan həllər həm tədqiqat mövzusu, həm də istifadə olunan metodlar baxımından fərqlənir. Məhsul araşdırması adətən məhsulun bazara çıxmasından öncə aparılır və sifarişçiyə satışların uğurlu aparılması üçün müxtəlif alətləri təqdim edir.
"Müştəri məmnuniyyəti"nin araşdırılması - şirkətləri müştərinin məhsul və xidmətlərin göstərilməsi üzrə hərtərəfli əks əlaqəsi ilə təmin edir.
"Brendin tanınması" araşdırması - istehlakçıların bir marka və məhsul ilə nə dərəcə tanış olduqlarını ölçür. Brendinizin bazardakı mövqeyini anlamaqla yeni məhsulların təqdimatını asanlaşdıra, marketinq təşəbbüslərini və satış imkanlarını artıra bilərsiniz.
Gizli müştəri araşdırması - xidmət təchizatçıları tərəfindən müəyyən edilməyəcək və gizli müştərin həyata keçirdiyi sorğulardan təşkil edilmiş araşdırmadır.
Ötən ilin bu vaxtlarından kriptovalyutalara sahib olan insanların sayı əvvəlki illərin üçdə biri (+37,8 faiz) qədər artıb. İndi hər 10 internet istifadəçisindən birindən çoxu kriptovalyutanın hansısa formasına sahibdir.
Elektron ticarət mobil proqramlar və internet kimi elektron vasitələrlə məhsulların alınması və satışı prosesidir. Son illər ərzində e-ticarət populyarlıq baxımından əhəmiyyətli dərəcədə artdı və mağazaları əvəz etməyə başladı. Elektron ticarət müştərilərə coğrafi maneələri dəf etməyə və onlara istənilən vaxt istənilən yerdən məhsul almağa imkan yaradır. Elektron ticarət biznesinizə marketinq imkanlarından məhsul çeşidlərinizin artırılmasına və daha çox satış yaratmağa qədər bir sıra imkanlar təklif edir. Optimallaşdırılmış və yaxşı inkişaf etmiş veb-sayt ilə siz nəinki bu məqsədlərə nail ola bilə, həm də müştərilərinizə gecə-gündüz rahat xidmət təklif edə bilərsiniz.