Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Pandemiya dünyanın bir çox sənayesinə əhəmiyyətli dərəcədə təsir göstərərək fəlakətli itkilərə səbəb oldu. Bəzi müəssisələr bu iqtisadi təhlükədən sağ çıxmaq üçün öz əməliyyat modellərini uyğunlaşdırmağı və dəyişməyi öyrənsələr də, digərləri kütləvi yerdəyişmə və pozulmalarla üzləşmiş, bəzilərinin isə tamamilə bağlanmasına səbəb olmuşdur.
Pandemiyadan sonrakı dünyada isə nəinki sağ qalan, həm də inkişaf edən sənayelər var. Pandemiyadan sonra isə ən çox inkişaf edən 4 sənaye bunlardır:
1) Elektron Ticarət
Elektron ticarət təkcə biznesə pandemiyanın ağır mühitindən sağ çıxmağa imkan vermədi, həm də sahibkarlar üçün geniş imkanlara və fürsətlərə yol açdı. Pandemiyanın pik dövründə şirkətlər işçilərini azaldarkən Amazon 175.000 tərəfdaş işə götürdüyünü və işçilərin maaşını artırmaq üçün bu böhran zamanı 350 milyon dollar sərmayə qoyduğunu bildirdi. Bu, e-ticarət sayəsində mümkün olmuşdur.
2) Fast Food Satıcıları
Davamlı inkişaf göstərən sektorlardan biri də fast fooddur. Pandemiya fast food sənayesinin avtomatlaşdırılmış seçimləri, təmassız yemək çatdırılması xidmətlərini və müştəri təcrübəsini rahat və işlək edərək onlayn sifarişləri daha da populyar etdi.
3) Food Delivery - Yemək Çatdırılması
Food Delivery sənayesi davamlı gələcək üçün qida sənayesinin qlobal mənzərəsini dəyişdirəcək sürətlə dəyişir. Pandemiyadan əvvəl ekspertlər 2025-ci ilə qədər food delivery bazarının 200 milyard dollara çatacağını proqnozlaşdırmışdılar. Covid-19 zamanı isə bu sənaye gözləniləndən daha sürətli yüksəldi. Hətta 2021-ci ildə food delivery sənayesinin 150 milyard dollar dəyərində olduğu bildirildi.
Nəticədə pandemiya müştərilərə food delivery-nin üstünlüklərini yaşamağa imkan verdi.
4) Virtual Events - Virtual Tədbirlər
Virtual tədbirlər pandemiya zamanı şirkətlər üçün xoş bir mərkəz idi. Bu, görüşlərin və konfransların biznes əməliyyatlarını dayandırmadan uzaqdan keçirilməsinə imkan verdi. Pandemiyadan sonra şirkətlər yavaş-yavaş üz-üzə tədbirlərə keçsələr də, virtual təbdirlərdə, görüşlərdə hələ də mövcud olacaq və hibrid modelin inkişafı ilə davam edəcək.
İş dünyası, sənayesi yavaş-yavaş pandemiyadan sonrakı dünyaya keçir. Yeni biznes modelləri ortaya çıxdıqca hansı sənayenin aktuallığını qoruyub saxladığı və hansının azaldığı barədə xəbərdar olmaq vacibdir. Günün sonunda məqsəd nəinki sağ qalmaq, həm də qlobal bazarın trendlərinə, istəklərinə uyğun formada böyüməkdir. Burada isə xüsusi olaraq qeyd olunan biznesləri nəzərdən keçirin, çünki onlar böyümə və inkişaf üçün ən böyük imkanları nümayiş etdirmiş sənayelərdir.
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
Onlayn və ənənəvi kanalların istifadəsində sürətli dəyişikliklər brendin tanınmasını, kəşfini artırmaq üçün də yeni üsullar tələb edir.
Sosial şəbəkələr təkcə əyləncə məkanı deyil, iş imkanları ilə də bol bir yer olaraq qalır. Bəs bu iş imkanlarından necə yararlanmaq olar?