Əlaqə qur

Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.

Təşəkkür edirik

Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq

Kursa qeydiyyat

Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!

Ad, Soyad

Yaş

Email

Əlaqə nömrəsi

Yazılmaq istədiyiniz modul

Təşəkkür edirik

Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq

Rəqəmsal marketinqin fərqləri

Rəqəmsal marketinqin təməli 1994-cü ildə Hot Wired jurnalında “Banner" reklamlarının yayımlanması ilə qoyulur. İlk televiziya reklamı isə 1941-ci ildə yayımlanıb.

Ənənəvi marketinq ilə rəqəmsal marketinq arasındakı 5 əsas fərq

1. Reklam büdcəsi.

Ənənəvi marketinqdə yazılı və ya vizual mediaya üstünlük verilə bilər, amma bunun üçün böyük bir reklam büdcəsi tələb olunur. Rəqəmsal marketinqdə isə hətta sıfır xərclə marketinq fəaliyyətini həyata keçirmək mümkündür. Qısa müddətdə viral ola biləcək marketinq fəaliyyətləri böyük büdcə ayırmağa ehtiyac olmadan həyata keçirilə bilər. Buna görə də kiçik bizneslər kiçik reklam büdcəsi ilə rəqəmsal marketinqdə çətinlik çəkmirlər.

2. Ünsiyyət
Ənənəvi marketinq çərçivəsində ünsiyyət satıcıdan istehlakçıya doğru baş verir və birtərəflidir. İstehlakçı yalnız satıcının çap və ya vizual mediada verdiyi reklama baxır və ya dinləyir. Reklam həm potensial, yəni hədəf kütləyə, həm də qeyri-potensial auditoriyaya çatır. Lakin satıcı reklamla bağlı geridönüş ala bilmir. Rəqəmsal marketinq isə ikitərəfli marketinq üsuludur. Reklamlara baxanlar anında məhsul və ya xidmət haqqında şərh yaza və suallarını verməklə onlarla əlaqə saxlaya bilərlər. Rəqəmsal marketinqdə hədəf kütlə birbaşa potensial auditoriyadır. Bundan əlavə, satıcı ilə yanaşı istehlakçı da elanı paylaşa bilər.


3. Vaxt
Ənənəvi marketinqdə kampaniyanın planlanması uzundur. Bundan əlavə, hər hansı bir səhvə yol verildikdə bu səhvi düzəltmək də çox vaxt aparır.
Bu marketinq metodundan istifadə edəcək olanların məhsul və ya xidmətlərini satmaq üçün müəyyən və məhdud vaxtı var. Onlar yalnız müəyyən vaxtlarda potensial müştərilərinə çata bilirlər.
Rəqəmsal marketinq isə özünü asanlıqla yeniləyə bilir və gündəmə uyğun paylaşımlarla da insanların diqqətini çəkə bilir. Həmçinin müştərilərə 24/7 onlayn müraciət etmək olar.


4. Hədəfləmə və Ölçmə
Hədəf auditoriyasını tapmaq və ona çatmaqda ənənəvi marketinqin çətinlikləri səbəbindən heç bir ədədi dəyər və ya mənalı hesabat əldə etmək mümkün deyil. Yəni ənənəvi marketinqin ölçüləbilinməsi çətindir.
Rəqəmsal marketinqdə reklamın hədəf auditoriya üzərində təsiri, qarşılıqlı əlaqə tezliyi və sürəti ölçülə bilinir və alınan rəylərlə qısa müddətdə yeni yol, planlama çəkilə bilər. Bu səbəbdən də dəqiq və detallı hədəfləmə mümkündür.


5. Ünsiyyət dili
Ənənəvi marketinqdə istifadə olunan ünsiyyət dili daha uzaq və rəsmi dildir. Brendin sadiqliyinə inam yaratmaq üçün çətin bir prosesdən keçmək lazımdır. Ancaq rəqəmsal marketinqdə qurulan ünsiyyət daha isti və daha səmimi olduğundan bu, insanların brendlə emosional bağ yaratmasına kömək edir.

Son olaraq, gəldiyimiz nəticə – rəqəmsal marketinqin şirkət, məhsul və ya xidmət üçün daha faydalı olmasıdır. Çünki internetin bu qədər yaxşı inkişafı ilə əlaqəli olaraq insanlar bir məhsulu və ya xidməti ilk öncə internet üzərindən axtarır və bu zaman onlarda artıq müəyyən fikirlər formalaşmış olur.

Hazırladı: S. Aslanova

Əməkdaşlıq ilə maraqlanırsınız?

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın