Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Satış və potensial müştərilərin cəlb edilməsi üçün açıq-aydın görünən üstünlüklərdən əlavə, marketinq analitikası müştərilərin üstünlükləri və tendensiyalarının dərindən anlaşılmasını təklif edə bilər. Xüsusilə də analitika xərcləri azaltmaqla nəticələri təkmilləşdirməyə imkan yaradaraq, marketinq kampaniyalarını izləməyi mümkün edir.
Marketinq səylərinizi təhlil edinŞirkətin satış hədəflərinə çatması üçün müntəzəm olaraq rəqəmsal satış kanallarının yoxlanılması və analiz edilməsi önəmlidir.
Biz web sayt, sosial media hesabları daxil olmaqla, bütün satış kanallarının təhlilini edərək şirkətə lazım olan informasiyaların əldə edilməsini təmin edirik. Xüsusilə şirkətlərin ehtiyac duyduğu üçüncü tərəflərdə aparılan reklamların nəticələrini də təhlil edərkən kontent, dizayn və digər bu kimi məqamları nəzərə alırıq.
Hər hansı televiziya, radio və digər bu kimi vasitələrdə həyata keçirilən reklamları da izləmək komandamız tərəfindən həyata keçirilir. Lakin bu reklamlar mütləq bizim müşahidəmiz altında həyata keçirilməlidir.
Təhlilin optimal şəkildə aparılmasını təmin edirik ki, real nəticələrə çatmağa birbaşa vasitə olsun.
Planlama - qarşınızdakı hədəflərə çatmaq, istədiyiniz nəticələrin izlənilməsi, problemlərin aradan qaldırılması və təkmilləşdirilmə nöqtələrinin müəyyən edilməsi üçün tətbiq edilən ən önəmli prosesdir.
Planlarınız hər nə qədər ideal olsa belə hər zaman uğurlu nəticələnməyə bilər. Lakin planlama bir prosesdir və daim üzərində yeniliklər tətbiq etmək, yaxud onu fərqli istiqamətlərdə dəyişdirmək mümkündür. İstənilən halda planlama sizin işi izləməyinizə və çatışmazlıq və üstünlükləri dəyərləndirməyinizə imkan yaradacaqdır.
Planlama xidmətləri bir neçə məhsuldan ibarətdir: Marketinq planlaması, Kommunikasiya planlaması, Kontent planlaması
Marketinq planlaması - əldə etmək istədiyiniz nəticəyə çatmaq üçün ilk etməli olduğunuz işdir. Düzgün formalaşmış və idarə olunan marketinq planlaması sizin optimal nəticə əldə etməyinizə şərait yaradaraq gəlir və xərclərinizi dəqiq anlamağınıza, eyni zamanda öncədən marketinq və satış büdcənizi formalaşdırmağınıza kömək edəcəkdir.
Kommunikasiya planlaması - düzgün zamanlama, doğru maraq və təsir qruplarının seçilməsi üçün əsas dayağınız olacaq. Əgər kommunikasiya planlamasını strateji fəaliyyətinizin bir hissəsinə çevirsəniz, o zaman hədəf auditoriyanızın davranışlarına düzgün təsir etmiş olacaqsınız.
Kontent planlaması - öncədən düşünülmüş və hazırlanmış kontentlər paylaşılması gəlib çatan zaman sizin üçün bir hədiyyə kimi görünəcək. Hətta qısa zamanda düşünülmüş kontent olmadığına görə onu yeni ideyalarla təkmilləşdirmək də mümkün olacaq. Beləliklə, öncədən planlaşdırılan kontent sizə zamanınızı daha yaxşı dəyərləndirməyə, proses içərisində itib-batmamağa və ehtiyac olan kontenti ehtiyac olan zamanda paylaşmağa imkan yaradacaq.
Əsas məqsəd düzgün marketinq prosesinin aparılması və edilən reklamların nəticəsiz qalmamasıdır!
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
Motivasiyalı komandaya sahib olmaq biznesinizin uğurunun vacib hissəsidir. Biznesiniz yalnız o halda inkişaf edə bilər ki, hər gün öz vizyonunuzu həyata keçirmək üçün etibar etdiyiniz insanlar öz üzərinə düşəni düzgün və həvəslə yerinə yetirsinlər. Komandanızı motivasiya etməyin beş əsas şərti biznesiniz üçün aydın məqsədlər qoymaq və onları komanda üzvlərinə çatdırmaq, komandanızla daimi ünsiyyəti təşviq etmək, komanda işinə cəlb etmək, kollegial və mehriban ofis mühitini formalaşdırmaq və işçilərinizin dəyərli olduqlarını hiss etməsi üçün müsbət rəy təmin etməkdir.
Pinterest yeni məhsul və xidmətlər kəşf etmək istəyən istehlakçılar üçün ən populyar sosial media platformalarından biri olsa da, əksər brendlər platformanı strategiyalarına daxil etmirlər.