Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
İlk növbədə müştəri narazılığını bildirirsə, səhvinizi inkar etməyin. Yaranan problemin həmkarınızın/müdirinizin/pis havanın/hər hansı xüsusi vəziyyətin ucbatından olması da müştəriyə maraqlı deyil. Problemin səbəbini izah etməkdənsə, onun çözülməsini təmin edin.⠀
Müştərinin sualına "Bilmirəm", "mənim işim deyil", "heç nə etmək mümkün deyil" kimi cavablar verməyin. Əmin olmalısınız ki, sonda müştəri sizdən razı getdi.
Müştəriyə heç vaxt hörmətsiz yanaşmayın. Məsələn, bəzi özünü "cool" sayan insanlar ekspert təəssüratı yaratmaq üçün müştəriyə "bacarıqsız", "məsuliyyətsiz" deməyi borc bilirlər. Siz müştərini tənqid etməli deyil, ona həll yollarını təklif etməlisiniz.
Müştəri ilə ünsiyyət qurarkən bunları etmək olmaz:
Müştərilərə əzab verən daxili qaydalar tərtib edərək müştəriləri bu qaydalara riayət etməyə məcbur etmək
Müştəri ilə təkəbbürlü danışmaq
Yeni məhsulun/ xidmətin gəldiyini xəbər vermək üçün müştəriyə narahatedici zənglər etmək
Müştəri ilə əlaqədə təcrübəli, nəzakətli insan olmalıdır, əks halda biznesə qoyulan minlərlə, milyonlarla sərmayə göz qırpımında məhv ola bilər.⠀Odur ki, müştərilərinizi bərk-bərk qoruyun, müştəriyönümlü biznes olmaq üçün böyük addımlar atın!
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
Pandemiya dünyanın bir çox sənayesinə əhəmiyyətli dərəcədə təsir göstərərək fəlakətli itkilərə səbəb oldu. Bəzi müəssisələr bu iqtisadi təhlükədən sağ çıxmaq üçün öz əməliyyat modellərini uyğunlaşdırmağı və dəyişməyi öyrənsələr də, digərləri kütləvi yerdəyişmə və pozulmalarla üzləşmiş, bəzilərinin isə tamamilə bağlanmasına səbəb olmuşdur. Pandemiyadan sonrakı dünyada isə nəinki sağ qalan, həm də inkişaf edən sənayelər var.
Ötən ilin bu vaxtlarından kriptovalyutalara sahib olan insanların sayı əvvəlki illərin üçdə biri (+37,8 faiz) qədər artıb. İndi hər 10 internet istifadəçisindən birindən çoxu kriptovalyutanın hansısa formasına sahibdir.