Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha- Omega ilə əməkdaşlıqdan çox məmnun qaldıq. Belə ki, uşaqlarımız üçün həm gəzinti, həm əyləncə, həm də maarifləndirici tədbirlər təşkil etmişdilər. 3 günlük tədbir- 1 illik təəsurat! Uşaqların və əməkdaşların çox xoşuna gəlmişdi. Qeyd etmək lazımdır ki, təşkilatçıların qarşısına qoyulan məqsədlər tez bir zamanda peşəkarcasına həyata keçirilmişdir.
Çox sağ olun Alpha-Omega komandası!
Alfa-Omeqa ilə əməkdaşlıq çərçivəsində mən sadəcə olaraq çox istedadlı peşəkarlardan ibarət bir komanda deyil, həm də elə bir peşəkarlar komandası gördüm ki, onlar üçün özlərinin nə etdikləri və ən əsası da mənim nə etdiklərim böyük əhəmiyyət kəsb edir. Onlar mənim hər uğuruma sevinir və mənimlə bərabər çətin vəziyyətdən çıxış yolu axtarırlar.
LANDAU School "Alpha-Omega" şirkəti ilə birlikdə uşaqların PR, marketinq, natiqliyin əsasları, öz biznes layihələrini yaratmağı və təqdim etməyi, media-kontent hazırlamağı və komandada işləməyi öyrəndikləri "LANDAU Business Camp" layihəsini həyata keçirmişdir. Şirkətin təşkilati bacarıqlarından yalnız biz deyil, həmçinin proqramın iştirakçıları da razı qalmışdır. "Alpha-Omega" əməkdaşlıq etməkdən məmnunluq duyduğumuz şirkətlərdən biri olduğuna görə onlarla birlikdə yeni maraqlı layihə və tədbirləri təşkil etməyə şad olarıq.
Elektron ticarət mobil proqramlar və internet kimi elektron vasitələrlə məhsulların alınması və satışı prosesidir. Son illər ərzində e-ticarət populyarlıq baxımından əhəmiyyətli dərəcədə artdı və mağazaları əvəz etməyə başladı. Elektron ticarət müştərilərə coğrafi maneələri dəf etməyə və onlara istənilən vaxt istənilən yerdən məhsul almağa imkan yaradır. Elektron ticarət biznesinizə marketinq imkanlarından məhsul çeşidlərinizin artırılmasına və daha çox satış yaratmağa qədər bir sıra imkanlar təklif edir. Optimallaşdırılmış və yaxşı inkişaf etmiş veb-sayt ilə siz nəinki bu məqsədlərə nail ola bilə, həm də müştərilərinizə gecə-gündüz rahat xidmət təklif edə bilərsiniz.
İnternetin sürətli inkişafı həyatımızda bir çox yeniliklərə səbəb oldu. Bunlardan biri də rəqəmsal marketinqdir. Rəqəmsal marketinq internet üzərindən aparılan marketinq növüdür və özünü bir çox formada göstərir. Bunlara SMM, SEO, SEM, email marketinq, remarketinq, kontent marketinq, e-ticarət, displey reklamlar və s. aiddir. Ənənəvi marketinq isə marketinq fəaliyyətinin ənənəvi şəkildə, yəni qəzet, televiziya, radio, jurnal və s. vasitəsilə həyata keçirildiyi marketinq sahəsidir.