Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Elektron ticarət mobil proqramlar və internet kimi elektron vasitələrlə məhsulların alınması və satışı prosesidir. Son illər ərzində e-ticarət populyarlıq baxımından əhəmiyyətli dərəcədə artdı və mağazaları əvəz etməyə başladı. Elektron ticarət müştərilərə coğrafi maneələri dəf etməyə və onlara istənilən vaxt istənilən yerdən məhsul almağa imkan yaradır.
Elektron ticarət biznesinizə marketinq imkanlarından məhsul çeşidlərinizin artırılmasına və daha çox satış yaratmağa qədər bir sıra imkanlar təklif edir. Optimallaşdırılmış və yaxşı inkişaf etmiş veb-sayt ilə siz nəinki bu məqsədlərə nail ola bilə, həm də müştərilərinizə gecə-gündüz rahat xidmət təklif edə bilərsiniz.
Aşağıda qeyd etdiyimiz 12 Elektron Ticarət Strategiyasıdan istifadə edərək rahatlıqla biznesinizi böyüdə bilərsiniz.
1. Geri bağlantılar yaratmaq üçün məzmun yaradın.
Kontent marketinqi biznesinizi inkişaf etdirməyə kömək etmək üçün əla strategiyadır.
2. Abunəliklər təklif edin
Son beş il ərzində e-ticarət abunə sahəsi hər il 100% artıb! Abunəliklər həm müştərilərə, həm də e-ticarət bizneslərinə fayda gətirir.
3. Çatdırılma təklifləri tövsiyə edin.
İnsanlar pulsuz çatdırılmanı sevir. Müştərilərin üçdə birindən çoxu (42,39%) satışın tamamlanmamasına səbəb kimi çatdırılma xərclərini göstərir.
Ödənişsiz çatdırılma xidməti biznesinizi növbəti səviyyəyə qaldırmağınıza və gəlirlərinizi artırmağınıza kömək edəcək əla strategiya ola bilər. Həmçinin satış zamanı müştərilərə müəyyən bir qiyməti limit olaraq göstərsəniz, müştəriləri bir az daha çox pul xərcləməyə təşviq edərək pulsuz çatdırılma təklif edə bilərsiniz.
4. Fəaliyyətə həvəsləndirmək üçün təcililikdən istifadə edin.
Limitli sayda, son, tükənmək üzrədir və s. kimi ifadələrdən istifadə edərək satışları artıra bilərsiniz.
5. Saytınıza rəylər və reytinqlər əlavə edin.
Rəylər inamı artırmağın ən yaxşı yoludur. Bu sayədə yeni bir ziyarətçi sayta daxil olan kimi brendinizin bir çoxlarının etibar etdiyi və yüksək qiymətləndirdiyi bir brend olduğunu dərhal anlayır.
6. Mövcud müştərilərə özəl eksklüziv təkliflər edin.
Veb saytınızda seçdiyiniz məhsul fotoşəkilləri də satışları artırmağa kömək edə bilər.
Uğurlu e-ticarət biznesi qurmaq istəyirsinizsə, müştəriləri mağazanıza qaytarmağı bacarmalısınız. Müştəri saxlamaq yeni müştəri əldə etməkdən qat-qat ucuz başa gəlir. Bu strategiya da müştərilərinizin geri qayıtmasını təmin etməyə kömək edir. Bunu etməyin ən yaxşı yollarından biri mövcud müştəriləriniz üçün eksklüziv və fərdi təkliflər, endirimlər yaratmaqdır. Bunun ən yaxşı tərəfi də odur ki, artıq cari müştəriləriniz haqqında məlumatınız var.
7. Məhsul fotoqrafiyanız üçün vizual stil yaradın.
E-ticarət dünyasında markanız çox vacibdir. Bunun səbəbi nə satmağınızdan asılı olmayaraq həmişə çox rəqabətiniz olacaq. Markanız isə sizi digərlərindən fərqləndirəcək. Bunun üçün vizual stil yaradın. Müştərilərinizin brendinizlə əlaqə qura biləcəyi hər yerdə fərqlənmək üçün vizuallardan necə istifadə edə biləcəyinizi və tanış hisslər yarada biləcəyinizi düşünün ki, müştəri məhsullarınızdan birini görəndə bunun sizin biznesiniz olduğunu bilsin.
Həmçinin veb saytınızda seçdiyiniz məhsul fotoşəkilləri də satışları artırmağa kömək edə bilər. Aparılan tədqiqatlara əsasən onlayn alış-veriş edənlərin 73%-i alış-verişi davam etdirmək üçün üç və ya daha çox məhsul şəklinə ehtiyac duyur.
8. Müştərilər üçün offline təcrübə yaradın
E-ticarətin çoxsaylı üstünlüklərinə baxmayaraq, bir çoxları hələ də mağazadan alış-veriş etməyi seçir. Siz də bunun üçün müştərilərinizə oflayn rejimdə gözəl təcrübələr təklif edə bilərsiniz. Məsələn, onlar üçün xüsusi tədbirlər təşkil edə bilərsiniz. Fiziki formada tədbir keçirmək sizin üçün uyğun deyilsə, müştərilərinizə poçt göndərmək üçün kataloq yarada bilərsiniz. Bundan əlavə paketləşdirmə də müştərilərinizi yenidən almağa təşviq edə bilər. Məsələn, təkcə instagramda 700.000-dən çox qutu açma paylaşımı var.
9. Loyallıq proqramı yaradın.
Loyallıq proqramı müştərilərinizin sadiq qalmağına, davamlı sizdən alış-veriş etməsinə kömək edir. Bunun üçün müştərilərinizə endirimlər, pulsuz əşyalar və lotereyalar, kuponlar, məhsulları ilkin əldə etmə, məzmun və satış və s. təklif edə bilərsiniz.
10. Məhsul təsvirlərinizi optimallaşdırın.
Məhsul təsvirləri e-ticarətin tez-tez nəzərdən qaçırılan aspektidir.
Müştərinizi cəlb etmək üçün şəxsi məhsul təsvirlərinizdən istifadə edin və alış-veriş etməzdən əvvəl onlara bilməsi lazım olan hər şeyi deyin.
11. Yeni müştərilərə ani endirimlər təklif edin
Bu sadə e-ticarət strategiyası bir şirkətə cəmi bir il ərzində 335,288 dollar qazanmağa kömək etdi!
Veb saytınıza nə qədər ziyarətçi gəlir və bir neçə saniyədən sonra alış etmədən tərk edir ? Zənnimcə 90% və ya bəlkə də daha çox. Saytınıza daxil olan ziyarətçilərinizin diqqətini necə cəlb edə biləcəyinizi düşünün. Məs: ilk alış-verişdə X qədər endirim, kupon və s. kimi təkliflər edə bilərsiniz.
12. Tərəfdaşlıqlar yaradın.
Tərəfdaşlıqlar biznesinizi reklam etmək və yeni müştərilərə çatmaq üçün əla yoldur. Auditoriyanızı tamamlayan digər biznesləri nəzərdən keçirin.
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
Sosial şəbəkələr təkcə əyləncə məkanı deyil, iş imkanları ilə də bol bir yer olaraq qalır. Bəs bu iş imkanlarından necə yararlanmaq olar?
İnternetin sürətli inkişafı həyatımızda bir çox yeniliklərə səbəb oldu. Bunlardan biri də rəqəmsal marketinqdir. Rəqəmsal marketinq internet üzərindən aparılan marketinq növüdür və özünü bir çox formada göstərir. Bunlara SMM, SEO, SEM, email marketinq, remarketinq, kontent marketinq, e-ticarət, displey reklamlar və s. aiddir. Ənənəvi marketinq isə marketinq fəaliyyətinin ənənəvi şəkildə, yəni qəzet, televiziya, radio, jurnal və s. vasitəsilə həyata keçirildiyi marketinq sahəsidir.