Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega tərəfindən hazırlanmış bu kurs tədbir sənayesinə sıfırdan daxil olmaq istəyənlər üçün nəzərdə tutulub. Təlim proqramı iştirakçılara həm nəzəri bilikləri, həm də real layihələr əsasında praktiki bacarıqları qazandırır.
Bu proqram vasitəsilə siz öyrənəcəksiniz:
tədbirin planlaşdırılması, konseptin yaradılması və həyata keçirilməsi proseslərini;
büdcələmə, komanda idarəçiliyi və müştəri ilə işləmək bacarıqlarını;
kreativ yanaşma və analitik düşüncənin balansını qorumağı;
tədbirin ssenarisi, məkan seçimi, dekor, işıq, səs və foto-video istehsalı barədə əsas bilikləri.
Alpha-Omega layihələrindən real case-lər – ölkənin aparıcı şirkətləri ilə reallaşmış tədbirlərin təhlili.
Kreativ düşünmə təcrübələri – ideyaların yaranması, inkişafı və təqdimatı üçün praktiki məşğələlər.
Məntiqi düşünmə təcrübələri – strukturlaşdırılmış qərarvermə və problem-həll yanaşmaları.
Pablik spikinq dərsləri – səhnə nitqi, təqdimat və auditoriya ilə ünsiyyət bacarıqlarının inkişafı.
Dəvət olunmuş mütəxəssislər – foto-video, işıq və səs sahəsinin peşəkarlarından master-klasslar.
F&B (Food & Beverage) dərsləri – tədbirlərdə qida və içki servisinin idarəedilməsi.
Diplom – kursu uğurla bitirənlərə rəsmi sertifikat təqdim olunur.
Bu kursu bitirdikdən sonra:
tədbir agentliklərində, korporativ şirkətlərdə və prodakşn komandalarında işləməyə hazır olacaqsınız;
tədbirlərin ideyadan reallaşmaya qədər bütün mərhələlərini idarə edə biləcəksiniz;
öz layihələrini yaratmaq üçün lazımi bilik və əlaqələri qazanacaqsınız.
Kursda yerini bir toxunuş ilə rezerv et.
İnternetin sürətli inkişafı həyatımızda bir çox yeniliklərə səbəb oldu. Bunlardan biri də rəqəmsal marketinqdir. Rəqəmsal marketinq internet üzərindən aparılan marketinq növüdür və özünü bir çox formada göstərir. Bunlara SMM, SEO, SEM, email marketinq, remarketinq, kontent marketinq, e-ticarət, displey reklamlar və s. aiddir. Ənənəvi marketinq isə marketinq fəaliyyətinin ənənəvi şəkildə, yəni qəzet, televiziya, radio, jurnal və s. vasitəsilə həyata keçirildiyi marketinq sahəsidir.
Motivasiyalı komandaya sahib olmaq biznesinizin uğurunun vacib hissəsidir. Biznesiniz yalnız o halda inkişaf edə bilər ki, hər gün öz vizyonunuzu həyata keçirmək üçün etibar etdiyiniz insanlar öz üzərinə düşəni düzgün və həvəslə yerinə yetirsinlər. Komandanızı motivasiya etməyin beş əsas şərti biznesiniz üçün aydın məqsədlər qoymaq və onları komanda üzvlərinə çatdırmaq, komandanızla daimi ünsiyyəti təşviq etmək, komanda işinə cəlb etmək, kollegial və mehriban ofis mühitini formalaşdırmaq və işçilərinizin dəyərli olduqlarını hiss etməsi üçün müsbət rəy təmin etməkdir.