Əlaqə qur

Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.

Təşəkkür edirik

Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq

Kursa qeydiyyat

Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!

Ad, Soyad

Yaş

Email

Əlaqə nömrəsi

Təşəkkür edirik

Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq

Tədbirə qeydiyyatdan keçin

Şirkətinizdə işçi sayı

Vəzifəniz

Hansı şirkətlərlə netvorkinq etmək istərdiz?

Təşəkkür edirik

Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq

Qarabağ: Yeni imkanlar zirvəsi

İki günlük eksklüziv biznes turu çərçivəsində Xankəndi və Şuşada aktiv biznesləri ziyarət edəcək, yeni tərəfdaşlıqlar quracaq və regionun inkişaf perspektivləri ilə yaxından tanış olacaqsınız.   İşgüzar müzakirələr və əlaqələrinin genişləndirilməsi üçün unikal platforma sizi gözləyir!

Tarix: 20-21 sentyabr
Qiymət: 229 AZN (hər cüt qoşulanlar üçün üçün 209 AZN)
Qiymətə daxildir: 

  • Twin otaqda 1 gecə yerləşmə (Khankendi Palace Hotel)
  • Səhər yeməyi
  • Biznes sinfi avtobusla rahat transfer
  • Yolda qəlyanaltılar (təzə meyvə, qoz-fındıq, çay/qəhvə)
  • Biznes səfərləri və netvorkinq proqramı
  • Foto və video çəkiliş

*Nahar və şam yeməyi qiymətə daxil deyil.

Yerlər məhduddur. İndi qeydiyyatdan keçin və Qarabağda biznes imkanlarının bir parçası olun!

Gün 1.

06:00 – 13:30: Xankəndiyə səyahət. Səyahət zamanı bir saatlıq fasilə olacaq.

13:30: Palace Hotel-də qeydiyyat.

14:00 – 15:00: "Dəfnə" restoranında ləziz nahar. Otelin içində yerləşən, mükəmməl atmosferə və zəngin milli mətbəx təamlarına sahib restoran.

16:00 – 17:00: "Qarabağ Universitetinə” səfər.

17:15 – 18:00: Xankəndi Biznes Mərkəzinə səfər.

18:30 – 21:00: "Dəfnə" restoranında şam yeməyi. Netvorkinq oyunu. Qarabağla əlaqəli biznes imkanları, şəbəkələşmə, inkişaf perspektivləri üzərində müzakirələr və fərqli yarışlar.

Gün 2:

08:00 – 09:00: Palace Hotel-də səhər yeməyi. Yerli pendirlər, ənənəvi lavaşlar, çay və qəhvə ilə mükəmməl bir başlanğıc.

10:00 - 11:30: Xankəndi tikiş fabrikinin ziyarəti

11:30: Şuşaya doğru yola düşmə.

12:00 – 13:00: Şuşa Qalasına və Cıdır Düzünə səfər. Qalanın tarixi ərazisində və ətrafında gəzinti. Qeyri-formal mühitdə söhbət və kollektiv foto.

13:00 – 13:40: Gövhər Ağa məscidinin ziyarəti. Ümumi foto.

13:45 – 14:45: "Şuşa Qala"da nahar.

15:00 – 15:45: Sürpriz səfər

16:00: Bakıya yola düşmə (yolda çay fasiləsi).

22:30: Bakıya dönmə.

Ödəniş forması

Formanı doldurduqdan sonra ödəniş səhifəsinə yönləndiriləcəksiniz

Giriş açarı yanlışdır
Bloq
Komandanızı motivasiya etməyin beş yolu.

Motivasiyalı komandaya sahib olmaq biznesinizin uğurunun vacib hissəsidir. Biznesiniz yalnız o halda inkişaf edə bilər ki, hər gün öz vizyonunuzu həyata keçirmək üçün etibar etdiyiniz insanlar öz üzərinə düşəni düzgün və həvəslə yerinə yetirsinlər. Komandanızı motivasiya etməyin beş əsas şərti biznesiniz üçün aydın məqsədlər qoymaq və onları komanda üzvlərinə çatdırmaq, komandanızla daimi ünsiyyəti təşviq etmək, komanda işinə cəlb etmək, kollegial və mehriban ofis mühitini formalaşdırmaq və işçilərinizin dəyərli olduqlarını hiss etməsi üçün müsbət rəy təmin etməkdir.

Biznesiniz üçün istifadə edə biləcəyiniz 12 Elektron Ticarət Strategiyası

Elektron ticarət mobil proqramlar və internet kimi elektron vasitələrlə məhsulların alınması və satışı prosesidir. Son illər ərzində e-ticarət populyarlıq baxımından əhəmiyyətli dərəcədə artdı və mağazaları əvəz etməyə başladı. Elektron ticarət müştərilərə coğrafi maneələri dəf etməyə və onlara istənilən vaxt istənilən yerdən məhsul almağa imkan yaradır. Elektron ticarət biznesinizə marketinq imkanlarından məhsul çeşidlərinizin artırılmasına və daha çox satış yaratmağa qədər bir sıra imkanlar təklif edir. Optimallaşdırılmış və yaxşı inkişaf etmiş veb-sayt ilə siz nəinki bu məqsədlərə nail ola bilə, həm də müştərilərinizə gecə-gündüz rahat xidmət təklif edə bilərsiniz.