Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Nabat Talks kiçik və orta sahibkarlar üçün yeni faydalı əlaqələr qura və bizneslərini təqdim edə biləcəkləri platformadır.
Üzvlərimiz sırasında tikinti və memarlıq, təhsil, tibb, turizm, qida, bankçılıq, iaşə, sürətli daşınma, kənd təsərrüfatı, reklam və marketinq, hüquq, logistika, dəb, estetika və bir çox digər sahələrin nümayəndələri var.
Platformaya böyük tələbatı görərək və netvorkinq imkanlarını daha çox sahibkara əlçatan etmək məqsədilə 15 aprel tarixində saat 10:00-19:00 arasında Şərq bazarında müxtəlif biznes sahələrinin nümayəndələrinin iştirakı ilə “Nabat Talks Biznes Forumu” keçirildi.
Şahin Qədimli - özəl sektorda 18 il rəhbər vəzifələrdə işləyib. “Azercell Telekom”da çalışıb. “Synergy Group”un nəzdində olan Müasir Tikinti Materialları Zavodu “AAC”də (Gobustone ticarət nişanı) və “Gilan Tekstil Park”da üst rəhbərlikdə müxtəlif vəzifələr tutub. Hazırda menecment konsaltinq, təlim və mentorluq xidmətlərini göstərən “Falcon Consulting Group” MMC-nin direktorudur.
Telekommunikasiya sənayesində iş təcrübəsi olan təcrübəli Baş İcraçı Direktordur. Danışıqlar aparmaq, büdcə tərtib etmək, biznes planlaşdırmaq, analitik bacarıqlar və satış idarəetmə bacarıqları var. Azərbaycan Texniki Universitetində Mexanika üzrə magistr dərəcəsi almış güclü sahibkarlıq mütəxəssisidir.
Afət Əhmədova - ZIRA Natural & Gourmet şirkətinin təsisçisi və direktorudur. Afət Əhmədova “İlin sahibkarı” beynəlxalq müsabiqəsinin qalibidir. O həmçinin “Sosial təsir” nominasiyası üzrə qalib olub və Monakoda keçiriləcək beynəlxalq müsabiqənin finalında Azərbaycanı təmsil edəcək.
Özəl sektorda (istehsalat, xidmət və kənd təsərrüfatı) 16 il iş stajı, 11 il rəhbər vəzifələrdə çalışma təcrübəsinə malikdir: “AAC” MMC (Gobustone ticarət nişanı), “Gilan Holding”, “CİT Group” MMC, “Tufandağ Mountain Resort” MMC, “Agrarco” MMC. Peşəkar idarəedicidir, qənaətcil idarəetmə üzrə ekspertdir, biznes-təlimçidir.
Azərbaycanın aparıcı mobil operatoru - Azercell Telekom MMC-nin keçmiş prezidenti, korporativ idarəetmə üzrə ekspertdir. O həmçinin Beynəlxalq Vəkillər Kollegiyasının üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.
Ceyhun Əli - teleaparıcı, spiker, moderator, telejurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisdir. Hazırda İctimai Televiziyada İTV Xəbər-in əsas xəbər buraxılışının aparıcısı olmaqla yanaşı, ölkədə keçirilən layihələrin, konfransların, simpoziumların, forumların, konqreslərin və marafonların aparıcısı və moderatorudur.
Camal Xasayev – Frazex MMC çoxprofilli şirkətin təsisçisi və baş direktorudur. 15 ildən çox biznes təcrübəsi var, yenilikçidir. Azərbaycanda bir sıra, InLoya.com kimi unikal layihələrin müəllifidir. Ernst & Young tərəfindən “İlin sahibkarı” müsabiqəsinin İnnovasiya nominasiyası üzrə qalibidir.
Global Innovations MMC və DataPay QSC şirkətlərinin rəhbəri, Azercell Telekom MMC şirkətində Xüsusi Layihələr departamentində məsləhətçi olub. 2022-ci ildə Azərbaycanda keçirilən beynəlxalq “Take Off Baku” Startap Sammitində “Epoint.az” layihəsi ilə 2-ci yer tutaraq, Azərbaycandan olan yeganə qalib olub. Quality Management System üzrə beynəlxalq sertikifasiyalı baş auditordur. (IRCA, SGS)
Ruslan Muxtarov - Kommersiya hüququ sahəsində 17 ildən artıq təcrübəyə malik hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “SME LAW” hüquq firmasının həmtəsisçisi və idarəedici tərəfdaşıdır.
Leyla Cəfərli – PAŞA Sığorta şirkəti istedadlıların idarə olunması və daxili kommunikasiya şöbəsinin rəhbəri və biznes təlimçidir.
Həciağa Həci - Ibusiness Kazakhstan, CIB Business, Hesabat.az və Genity şirkətlərinin təsisçisidir. Beynəlxalq Elektron Ticarət Forumu, Beynəlxalq Pərakəndə Konqresi, Dünya Elektron Ticarət Forumu Avrasiya kimi müxtəlif qlobal tədbirlərin məruzəçisi və iştirakçısı kimi çıxış edib.
İnarə Mirzazadə Alpha-Omega şirkətinin Direktorudur, həmçinin ADA Universitetində Rəqəmsal Marketinq fənnini tədris edir. Rəqəmsal Marketinq üzrə ixtisaslaşan İnarə Mirzazadə bu sahədə 10 ildən artıq təcrübəyə malikdir. O, hesab edir ki, yaxşı ideyanın ortaya gəlməsi kifayət etmir. Ən vacibi - ideyanın keyfiyyətli reallaşmasıdır. İnarə üçün mümkün olmayan heç nə yoxdur və bu səbəbdən də O öz bloquna "Yes, I can!" adını verib.
Şirkətlər işgüzar ictimaiyyətə öz xidmətləri barədə məlumat verə, sahibkarlar isə həmkarların uğur hekayələrini dinləyə, həmçinin gələcək əməkdaşlıq üçün yeni əlaqələr qura biləcəklər.
Forumda həmçinin "Develor Azerbaijan" tərəfindən "İnkişaf yönümlü düşüncə tərzi", "Emosional zəka" və "Situativ liderlik" mövzularında təlimlər keçiriləcək.
Ötən ilin bu vaxtlarından kriptovalyutalara sahib olan insanların sayı əvvəlki illərin üçdə biri (+37,8 faiz) qədər artıb. İndi hər 10 internet istifadəçisindən birindən çoxu kriptovalyutanın hansısa formasına sahibdir.
Sirr deyil ki, müştəri xidməti ölkəmizdə ən çox şikayət olunan sahələrdəndir.⠀ Ümumiyyətlə, müştəri kimdir? Alıcı, xidmət sifarişçisi, sponsor, işəgötürən və sair.⠀ Müştəri varsa, şikayətlər də var. Şikayətlər varsa, onlarla işləmə bacarığınız olmalıdır.⠀