Layihənizi, fikirinizi sizinlə müzakirə etməkdən və ya sadəcə ürəkdən söhbət etməkdən həmişə məmnunuq.
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Alpha-Omega Marketing Məktəbinin sənin üçün yaratdığı yeni bilik və bacarıqlara doğru addım at!
Forma uğurla göndərildi, qısa müddətdə sizinlə əlaqə quracağıq
Ötən ilin bu vaxtlarından kriptovalyutalara sahib olan insanların sayı əvvəlki illərin üçdə biri (+37,8 faiz) qədər artıb. İndi hər 10 internet istifadəçisindən birindən çoxu kriptovalyutanın hansısa formasına sahibdir. Taylandda isə bu rəqəmin 10-da ikidən çox olduğu bildirilir.
Kriptovalyutalar inkişaf etməkdə olan iqtisadiyyatlarda, xüsusilə də, ənənəvi valyutaların valyuta məzənnələrində böyük dalğalanmalara daha çox meyilli olduğu ölkələrdə populyardır. Məsələn lirənin ABŞ dolları qarşısında dəyərinin təxminən yarısını itirdiyi Türkiyədə kriptovalyuta sahibliyi son on iki ayda təxminən iki dəfə (+86 faiz) artaraq 10 faizdən 18,6 faizə yüksəlib.
Kriptovalyutadan istifadənin bir çox üstünlükləri vardır. Xüsusilə sürətini, təhlükəsizliyini və məxfiliyini göstərə bilərik. Debet/kredit kartı ilə əməliyyat aparıldıqda əməliyyatın icrası bir neçə gün çəkə bilər, amma kriptovalyuta ilə əməliyyat ani olur. Təhlükəsizlik kriptovalyuta əməliyyatlarının başqa bir üstün cəhətidir. Bank onları tənzimləmədiyi üçün daha çox pula qənaət edilir.
Kriptovalyutanın biznes üzərində də təsiri az deyildir. Bir çox müəssisələrə, xüsusən də satış sektorunda olanlara fayda verir. Belə ki, kriptovalyuta ilə biznes və fərdlər arasında birbaşa əlaqə yaratmaq mümkündür. Bu zaman daha az sənədləşmə işləri aparılır və bu da biznes tərəfdaşları üçün xərcləri azaldır. Nəticə olaraq, müştəri xidməti və satış kimi digər vəzifələrə sərf olunan vaxt maksimuma çatdırıla bilər.
Bunlar kriptovalyutaların faydalarından yalnız bəziləridir. Müəssisələrin faydalana biləcəyi daha çox şey var. Hər bir şirkət kriptovalyutadan istifadə etmək üçün yeni yollar tapır. Məsələn, səyahət xidməti şirkəti sizə öz koinlərindən istifadə edərək səyahət haqqını ödəməyə icazə verə bilər.
Kriptovalyutaya ən çox sahib 10 ölkə isə bunlardır:
1) Tayland 20.1 %
2) Nigeriya 19.4 %
3) Filippinlər 19.4 %
4) Cənubi Afrika 19.4 %
5) Türkiyə 18.6 %
6) Argentina 18.5 %
7) İndoneziya 16.4 %
8) Braziliya 16.1 %
9) Sinqapur 15.6 %
10) Cənubi Koreya 13.4 %
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
Motivasiyalı komandaya sahib olmaq biznesinizin uğurunun vacib hissəsidir. Biznesiniz yalnız o halda inkişaf edə bilər ki, hər gün öz vizyonunuzu həyata keçirmək üçün etibar etdiyiniz insanlar öz üzərinə düşəni düzgün və həvəslə yerinə yetirsinlər. Komandanızı motivasiya etməyin beş əsas şərti biznesiniz üçün aydın məqsədlər qoymaq və onları komanda üzvlərinə çatdırmaq, komandanızla daimi ünsiyyəti təşviq etmək, komanda işinə cəlb etmək, kollegial və mehriban ofis mühitini formalaşdırmaq və işçilərinizin dəyərli olduqlarını hiss etməsi üçün müsbət rəy təmin etməkdir.
Ötən ilin bu vaxtlarından kriptovalyutalara sahib olan insanların sayı əvvəlki illərin üçdə biri (+37,8 faiz) qədər artıb. İndi hər 10 internet istifadəçisindən birindən çoxu kriptovalyutanın hansısa formasına sahibdir.