We are always happy to discuss with you your project, idea, or just have a heart-to-heart talk.
The form has been successfully submitted, we will contact you shortly
Take a step towards new knowledge and skills that Alpha-Omega Marketing School is opening to you!
The form has been successfully submitted, we will contact you shortly
Rəqəmsal marketinqin təməli 1994-cü ildə Hot Wired jurnalında “Banner" reklamlarının yayımlanması ilə qoyulur. İlk televiziya reklamı isə 1941-ci ildə yayımlanıb.
Ənənəvi marketinq ilə rəqəmsal marketinq arasındakı 5 əsas fərq
1. Reklam büdcəsi.
Ənənəvi marketinqdə yazılı və ya vizual mediaya üstünlük verilə bilər, amma bunun üçün böyük bir reklam büdcəsi tələb olunur. Rəqəmsal marketinqdə isə hətta sıfır xərclə marketinq fəaliyyətini həyata keçirmək mümkündür. Qısa müddətdə viral ola biləcək marketinq fəaliyyətləri böyük büdcə ayırmağa ehtiyac olmadan həyata keçirilə bilər. Buna görə də kiçik bizneslər kiçik reklam büdcəsi ilə rəqəmsal marketinqdə çətinlik çəkmirlər.
2. Ünsiyyət
Ənənəvi marketinq çərçivəsində ünsiyyət satıcıdan istehlakçıya doğru baş verir və birtərəflidir. İstehlakçı yalnız satıcının çap və ya vizual mediada verdiyi reklama baxır və ya dinləyir. Reklam həm potensial, yəni hədəf kütləyə, həm də qeyri-potensial auditoriyaya çatır. Lakin satıcı reklamla bağlı geridönüş ala bilmir. Rəqəmsal marketinq isə ikitərəfli marketinq üsuludur. Reklamlara baxanlar anında məhsul və ya xidmət haqqında şərh yaza və suallarını verməklə onlarla əlaqə saxlaya bilərlər. Rəqəmsal marketinqdə hədəf kütlə birbaşa potensial auditoriyadır. Bundan əlavə, satıcı ilə yanaşı istehlakçı da elanı paylaşa bilər.
3. Vaxt
Ənənəvi marketinqdə kampaniyanın planlanması uzundur. Bundan əlavə, hər hansı bir səhvə yol verildikdə bu səhvi düzəltmək də çox vaxt aparır.
Bu marketinq metodundan istifadə edəcək olanların məhsul və ya xidmətlərini satmaq üçün müəyyən və məhdud vaxtı var. Onlar yalnız müəyyən vaxtlarda potensial müştərilərinə çata bilirlər.
Rəqəmsal marketinq isə özünü asanlıqla yeniləyə bilir və gündəmə uyğun paylaşımlarla da insanların diqqətini çəkə bilir. Həmçinin müştərilərə 24/7 onlayn müraciət etmək olar.
4. Hədəfləmə və Ölçmə
Hədəf auditoriyasını tapmaq və ona çatmaqda ənənəvi marketinqin çətinlikləri səbəbindən heç bir ədədi dəyər və ya mənalı hesabat əldə etmək mümkün deyil. Yəni ənənəvi marketinqin ölçüləbilinməsi çətindir.
Rəqəmsal marketinqdə reklamın hədəf auditoriya üzərində təsiri, qarşılıqlı əlaqə tezliyi və sürəti ölçülə bilinir və alınan rəylərlə qısa müddətdə yeni yol, planlama çəkilə bilər. Bu səbəbdən də dəqiq və detallı hədəfləmə mümkündür.
5. Ünsiyyət dili
Ənənəvi marketinqdə istifadə olunan ünsiyyət dili daha uzaq və rəsmi dildir. Brendin sadiqliyinə inam yaratmaq üçün çətin bir prosesdən keçmək lazımdır. Ancaq rəqəmsal marketinqdə qurulan ünsiyyət daha isti və daha səmimi olduğundan bu, insanların brendlə emosional bağ yaratmasına kömək edir.
Son olaraq, gəldiyimiz nəticə – rəqəmsal marketinqin şirkət, məhsul və ya xidmət üçün daha faydalı olmasıdır. Çünki internetin bu qədər yaxşı inkişafı ilə əlaqəli olaraq insanlar bir məhsulu və ya xidməti ilk öncə internet üzərindən axtarır və bu zaman onlarda artıq müəyyən fikirlər formalaşmış olur.
Hazırladı: S. Aslanova
Contact us for detailed information
Ötən ilin bu vaxtlarından kriptovalyutalara sahib olan insanların sayı əvvəlki illərin üçdə biri (+37,8 faiz) qədər artıb. İndi hər 10 internet istifadəçisindən birindən çoxu kriptovalyutanın hansısa formasına sahibdir.
İnternetin sürətli inkişafı həyatımızda bir çox yeniliklərə səbəb oldu. Bunlardan biri də rəqəmsal marketinqdir. Rəqəmsal marketinq internet üzərindən aparılan marketinq növüdür və özünü bir çox formada göstərir. Bunlara SMM, SEO, SEM, email marketinq, remarketinq, kontent marketinq, e-ticarət, displey reklamlar və s. aiddir. Ənənəvi marketinq isə marketinq fəaliyyətinin ənənəvi şəkildə, yəni qəzet, televiziya, radio, jurnal və s. vasitəsilə həyata keçirildiyi marketinq sahəsidir.