Let's talk

We are always happy to discuss with you your project, idea, or just have a heart-to-heart talk.

Thank you

The form has been successfully submitted, we will contact you shortly

Registration for the course

Take a step towards new knowledge and skills that Alpha-Omega Marketing School is opening to you!

Name, Surname

Age

Email

Phone number

Selected module

Thank you

The form has been successfully submitted, we will contact you shortly

Sosial şəbəkələri karyera üçün necə istifadə etmək olar?

Fəaliyyət sahənizdən asılı olaraq sosial şəbəkəni seçin. Misal: incəsənət ilə bağlı peşə sahibləri IG-da səhifə yaradaraq özlərinə portfolio yarada bilərlər. Maliyyə və İnsan Resursları ilə bağlı peşə sahibləri özlərini Linkedin-də möhtəşəm hiss edirlər. Marketoloqlar isə bütün şəbəkələri zəbt ediblər.

Şəbəkədə profil məlumatlarınızı yeniləyin, bacarıqlar, nailiyyətlər, işlədiyiniz şirkətlər profildə öz yerini tapmalıdır. Linkedin-də həmkarlarınızdan tövsiyə məktubları da istəyə bilərsiz.

Peşəkar icmanızın ən çox toplandığı yerdə özünüzü və işlərinizi mütəmadi təqdim edin, icma daxilində siz də tanınmalısınız.

Çevrənizi genişləndirmək üçün maraq göstərdiyiniz insanlarla bağlantı yaradın. Dostluq mesajı belə başlaya bilər: “Salam, sizin bu yaxınlarda paylaşdığınız məqaləni oxudum, sizin fikirinizi dəstəkləyirəm, lakin nəticələrin fərqli olacağını düşünürəm...Sizə uyğun bir zamanda bunları müzakirə etməyə hazıram. Tanışlığımıza şad oldum” Bu mesajda sizin dostluq göndərdiyiniz insanın fəaliyyətinə maraq göstərməniz və ona da bir növ lazımlı kontakt olduğunuzu bildirməlisiniz.

Sosial şəbəkədə baş tutan diskussiyalarda aktiv iştirak edin, sizin fikirləriniz peşəkar icmanıza maraqlı ola bilər.

Hər hansı iş imkanı ilə maraqlandığınız zaman bağlantılarınızın yardımına üz tutmaqdan utanmayın. İş etiketi çərçivəsində “dostunuzdan” yeni iş imkanı barədə əlavə məlumat və tövsiyə xahiş edə bilərsiniz. Gələcəkdə siz də tanışınıza qarşılıqlı kömək edə bilərsiniz.

Ən çox bəyəndiyiniz şirkətlərin səhifələrini izləyin ki, bütün yeniliklər barədə xəbərdar olasız, şirkətin ünsiyyət dilini tanıyasınız.

Gördüyünüz kimi asanlıqla sosial şəbəkənizi iş imkanları ilə bol resursa çevirə bilərsiniz. Elə indi gedin və profil məlumatlarınızı yeniləyin!

Are you interested in the training?

Contact us for detailed information