Связаться

Мы всегда рады обсудить с вами ваш проект, идею или просто побеседовать.

Спасибо

Форма успешно заполнена, мы свяжемся с вами в ближайшее время

Запись на курс

Сделай шаг на пути к новым знаниям и навыкам, которые откроет для тебя Школа Маркетинга Alpha-Omega!

Имя, Фамилия

Возраст

Email

Контактный номер

Модуль для записи

Спасибо

Форма успешно заполнена, мы свяжемся с вами в ближайшее время

İstehlakçılar brendləri necə kəşf edirlər ?

Onlayn və ənənəvi kanalların istifadəsində sürətli dəyişikliklər brendin tanınmasını, kəşfini artırmaq üçün də yeni üsullar tələb edir.

Potensial müştərilərin e-ticarət markanızı necə kəşf etdiyi və hər bir ən məşhur kəşf növünün ağızdan-ağıza qədər güclü etmək üçün şirkətinizi necə bazara çıxarmaq barədə ən son araşdırmalara baxacağıq.

16-64 yaş arası internet istifadəçilərinin yeni brendlər və məhsullar kəşf etmək üçün istifadə etdiyi ən məşhur 5 metod aşağıdakılardır.

  • Axtarış motorları 31.7%
  • TV reklamları 31.1%
  • Ağızdan-ağıza 28.1%
  • Sosial media reklamları 27.6%
  • Brend və məhsulun vebsaytları 25.9%

1) Axtarış motorları

Hər 3 nəfərdən biri markaları axtarış motorları sayəsində kəşf edir. Buna görə SEO texnikindən düzgün istifadə etmək və açar sözlərə xüsusi diqqət yetirmək lazımdır. Düzgün qurulmuş texnik sayəsində potensial müştərilərin email məlumatlarını da əldə edə, satış gerçəkləşmədiyi zaman məhsul və ya xidmət haqqında email marketinqindən də istifadə edə bilərsiniz.

2) TV reklamları

Televiziya reklamçılığı geniş auditoriyaya çatmağa imkan verir, lakin bunun sizin hədəf auditoriyanız olduğuna əmin olmalısınız. Ortalama gündəlik televizor istehlakı dörd saatdan bir qədər çox olsa da, rəqəmlər yaşdan asılı olaraq geniş şəkildə dəyişir.Beləliklə, əgər əsas müştəriləriniz 50-dən yuxarıdırsa, TV onları mağazanıza baş çəkməyə sövq etmək üçün əla yoldur. Ancaq gənc aduditoriya üçün çox da effektli olmaya bilər. Gənc auditoriyaya tam şəkildə çatmaq üçün rəqəmsal reklamçılığa daha çox önəm verməlisiniz. Google-un araşdırması göstərir ki, rəqəmsal video reklamın bu qarışığa inteqrasiyası TV-yə baxmayanlara sərfəli şəkildə çatmağınıza kömək edə bilər.

3) Ağızdan-ağıza

Ağızdan-ağıza üsulu hələ də öz hegemonluğunu saxlayır. İnsanların daha çox dostlarının və ailəsinin tövsiyələrini brend məlumatının ən etibarlı mənbəyi kimi gördüyünü göstərməklə bunu təsdiqləyə bilərik. Araşdırmalara görə insanlar sosial mediadakı rəylər və tövsiylər sayəsində də brend ilə tanış olur.

4) Sosial media reklamları

İnsanlar nə qədər sosial media reklamlarından bezsələr də, bu üsul hələ öz effektivliyini itirməyib. Nəticə olaraq insanların 27.6%-i brendləri sosial media reklamları sayəsində tanıyır. Sosial media reklamları insanların diqqətini çəkməyə davam etmək üçün daha dinamik, fərdiləşdirilmiş və aktuallaşmış formaya gətirilir. Ona görə də sosial media reklam strategiyanızı hazırlayarkən bunu nəzərə alın.

5) Brend və məhsulun vebsaytları

İnsanların təxminən dörddə biri brendinizi veb saytınız vasitəsilə kəşf edir. Ola bilsin ki, bu, sizi axtarışda tapmağın, təsadüfi keçiddən saytınıza daxil olmağın və ya Google Shopping-də məhsulun üzərinə klikləməyin nəticəsidir. Sizi necə tapmalarından asılı olmayaraq, veb saytınızın onları qarşılaması, əlaqələndirməsi və onlara heç kimin edə bilməyəcəyi bir şeyi necə təmin edə biləcəyinizi nümayiş etdirməsi vacibdir.

Are you interested in the training?

Contact us for detailed information