We are always happy to discuss with you your project, idea, or just have a heart-to-heart talk.
The form has been successfully submitted, we will contact you shortly
Take a step towards new knowledge and skills that Alpha-Omega Marketing School is opening to you!
The form has been successfully submitted, we will contact you shortly
Alpha&Omega 5-17 yaşlı məktəblilər üçün “Tech 1st” yarışmasını təşkil etdi.
Şagirdlər proqram yazılması, robot hazırlanması kimi istiqamətlərdə öz bacarıqlarını nümayiş etdirdilər və ən yaxşı nəticəni göstərən şagirdlər həm qiymətli hədiyyələrlə, həm də pul mükafatı ilə təltif olundular.
Tədbirdə spikerlər valideynlər üçün bir-birindən maraqlı çıxışlar etdilər.
????️Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov informasiya texnologiyalarının tədris proseslərinə və birbaşa insan həyatına göstərdiyi təsiri vurğuladı.
????️Niderlandın Leyden Universiteti Kompüter Elmləri İnstitutunun (LIACS) magistrı Maral Qurbanzadə süni zəkanın və insanabənzər robotların insan cəmiyyətinə təsirindən danışdı.
????️İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Gülnar Mirhüseynova uşaqların internetdə məruz qaldıqları təhlükələr və övladlarımızın kibertəhlükəsizliyinin necə təmin olunması barədə bəhs etdi.
????️“YouTube”, “Instagram” və “TikTok”da 150 minə yaxın izləyiciyə xitab edən “You Will Speak” tədris mərkəzinin təsisçisi Günay Rəsulova İT peşələri üçün ingilis dilinin vacibliyi haqqında fikirlərini bölüşdü.
????️İT sistemlərin inteqrasiyası və proqram təminatının yazılması üzərində Layihə İdarəetmə sahəsində 10 ildən artıq təcrübəyə malik İqor Voloqin gələcəyin peşələrini açıqladı və aktuallığını itirə biləcək peşələri sadaladı.
Eyni zamanda məktəblilər üçün STEAM istiqamətində müxtəlif master-klaslar təşkil olundu:
“Engineering for Kids” robot yarışmaları, “Mars Academy” “Hop-Hop oyunu”, START IT “Məişət tullantılarından sənətkarlıq”, “Sciencly Baku” “Laboratory of braincase” , “Laboratory of dizzying aromas”, Metaversity – Metaverse təlimi, “Maestro School” – robototexnika, Azercosmos – Space art, “Forest school” – stone art və s. kimi təşkil olunan master-klaslar məktəblilərin tətil həftələrini səmərəli keçirmələrinə şərait yaratdı.
Contact us for detailed information
Sosial şəbəkələr təkcə əyləncə məkanı deyil, iş imkanları ilə də bol bir yer olaraq qalır. Bəs bu iş imkanlarından necə yararlanmaq olar?
Pandemiya dünyanın bir çox sənayesinə əhəmiyyətli dərəcədə təsir göstərərək fəlakətli itkilərə səbəb oldu. Bəzi müəssisələr bu iqtisadi təhlükədən sağ çıxmaq üçün öz əməliyyat modellərini uyğunlaşdırmağı və dəyişməyi öyrənsələr də, digərləri kütləvi yerdəyişmə və pozulmalarla üzləşmiş, bəzilərinin isə tamamilə bağlanmasına səbəb olmuşdur. Pandemiyadan sonrakı dünyada isə nəinki sağ qalan, həm də inkişaf edən sənayelər var.