We are always happy to discuss with you your project, idea, or just have a heart-to-heart talk.
The form has been successfully submitted, we will contact you shortly
Take a step towards new knowledge and skills that Alpha-Omega Marketing School is opening to you!
The form has been successfully submitted, we will contact you shortly
The form has been successfully submitted, we will contact you shortly
İki günlük eksklüziv biznes turu çərçivəsində Xankəndi və Şuşada aktiv biznesləri ziyarət edəcək, yeni tərəfdaşlıqlar quracaq və regionun inkişaf perspektivləri ilə yaxından tanış olacaqsınız. İşgüzar müzakirələr və əlaqələrinin genişləndirilməsi üçün unikal platforma sizi gözləyir!
Tarix: 20-21 sentyabr
Qiymət: 229 AZN (hər cüt qoşulanlar üçün üçün 209 AZN)
Qiymətə daxildir:
*Nahar və şam yeməyi qiymətə daxil deyil.
Yerlər məhduddur. İndi qeydiyyatdan keçin və Qarabağda biznes imkanlarının bir parçası olun!
Gün 1.
06:00 – 13:30: Xankəndiyə səyahət. Səyahət zamanı bir saatlıq fasilə olacaq.
13:30: Palace Hotel-də qeydiyyat.
14:00 – 15:00: "Dəfnə" restoranında ləziz nahar. Otelin içində yerləşən, mükəmməl atmosferə və zəngin milli mətbəx təamlarına sahib restoran.
16:00 – 17:00: "Qarabağ Universitetinə” səfər.
17:15 – 18:00: Xankəndi Biznes Mərkəzinə səfər.
18:30 – 21:00: "Dəfnə" restoranında şam yeməyi. Netvorkinq oyunu. Qarabağla əlaqəli biznes imkanları, şəbəkələşmə, inkişaf perspektivləri üzərində müzakirələr və fərqli yarışlar.
Gün 2:
08:00 – 09:00: Palace Hotel-də səhər yeməyi. Yerli pendirlər, ənənəvi lavaşlar, çay və qəhvə ilə mükəmməl bir başlanğıc.
10:00 - 11:30: Xankəndi tikiş fabrikinin ziyarəti
11:30: Şuşaya doğru yola düşmə.
12:00 – 13:00: Şuşa Qalasına və Cıdır Düzünə səfər. Qalanın tarixi ərazisində və ətrafında gəzinti. Qeyri-formal mühitdə söhbət və kollektiv foto.
13:00 – 13:40: Gövhər Ağa məscidinin ziyarəti. Ümumi foto.
13:45 – 14:45: "Şuşa Qala"da nahar.
15:00 – 15:45: Sürpriz səfər
16:00: Bakıya yola düşmə (yolda çay fasiləsi).
22:30: Bakıya dönmə.
After filling out the form, you will be redirected to the payment page
İnternetin sürətli inkişafı həyatımızda bir çox yeniliklərə səbəb oldu. Bunlardan biri də rəqəmsal marketinqdir. Rəqəmsal marketinq internet üzərindən aparılan marketinq növüdür və özünü bir çox formada göstərir. Bunlara SMM, SEO, SEM, email marketinq, remarketinq, kontent marketinq, e-ticarət, displey reklamlar və s. aiddir. Ənənəvi marketinq isə marketinq fəaliyyətinin ənənəvi şəkildə, yəni qəzet, televiziya, radio, jurnal və s. vasitəsilə həyata keçirildiyi marketinq sahəsidir.
Elektron ticarət mobil proqramlar və internet kimi elektron vasitələrlə məhsulların alınması və satışı prosesidir. Son illər ərzində e-ticarət populyarlıq baxımından əhəmiyyətli dərəcədə artdı və mağazaları əvəz etməyə başladı. Elektron ticarət müştərilərə coğrafi maneələri dəf etməyə və onlara istənilən vaxt istənilən yerdən məhsul almağa imkan yaradır. Elektron ticarət biznesinizə marketinq imkanlarından məhsul çeşidlərinizin artırılmasına və daha çox satış yaratmağa qədər bir sıra imkanlar təklif edir. Optimallaşdırılmış və yaxşı inkişaf etmiş veb-sayt ilə siz nəinki bu məqsədlərə nail ola bilə, həm də müştərilərinizə gecə-gündüz rahat xidmət təklif edə bilərsiniz.